Ən böyük bank kartlarının bazası satışa çıxarıldı – Hər biri 100 dollar
Darknet-də tarixdəki ən böyük bank kartlarının bazası satışa çıxarıldı
Kiber cinayətlərin qarşısının alınması ilə məşğul olan Group-IB istintaq şirkəti, elektron qara bazarının populyar xidməti Jokers Stash-da 1,3 milyon kredit və debet kartlarının məlumatları ortaya çıxdığı açıqlanıb. ENA.az xəbər verir ki, mütəxəssislərin fikrincə, bu, qara bazarda ən böyük və ən bahalı məlumat bazalarından biridir.
Sızıntının içərisində əsasən, Hindistan banklarının müştərilərinin kartları mövcuddur (98%). Korporativ və platin kartlarla yanaşı, müxtəlif kredit kartları satışa çıxarılıb. Onların hər biri 100 dollar dəyərindədir. Beləliklə, bazanın ümumi dəyəri 130 milyon dollardır.
Hakerlər 100 dollar dəyərinə kredit və debet kartlarının maqnit zolaqlarının nüsxələrini təklif edirlər.
TED.az