Mərkəzi Bank Elektron imza üzrə sertifikatlaşma sisteminin modernləşdirilməsinə 1 milyon manat xərcləyəcək
Azərbaycan Mərkəzi Bankının istismarında olan Elektron imza üzrə sertifikatlaşma sisteminin modernləşdirilməsi ilə bağlı elan edilmiş açıq tenderin nəticəsi məlum olub.
“ENA” xəbər verir ki, tenderin qalibi “Sinam” MMC-dir.
Qalib şirkətə 989 996 manat ödəniləcək.