Baş Nazirdən yeni təyinat
![](https://ena.az/uploads/news/2019-10/_ena_37b7c88f6d48071e98649945f_o.jpg)
Nazirlər Kabineti Aparatının Humanitar və sosial məsələlər şöbəsinə yeni müdir təyin edilib.
Bu barədə Baş Nazir Əli Əsədov müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən, Mehman Tağıyev Nazirlər Kabineti Aparatının Humanitar və sosial məsələlər şöbəsinin müdiri təyin edilib.
Xatırladaq ki, Baş Nazirin 24 oktyabr tarixli sərəncamları ilə Humanitar və sosial məsələlər şöbəsinin müdiri Musa Ələkbərov və tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdiri Qasım Abdullayev vəzifələrindən azad ediliblər.
Bundan əvvəl, Ə.Əsədovun müvafiq əmri ilə Nazirlər Kabinetinin İşlər müdiri Adil Əhmədov, Baş Nazirin köməkçiləri Tofiq Sarıcalinski və Natiq Əzizov vəzifəsindən azad ediliblər.
Həmçinin Baş Nazir Əli Əsədovun müvafiq əmri ilə Hikmət Xəlilov Nazirlər Kabineti Aparatını İşlər müdiri, Ələsgər Ələsgərov isə Baş nazirin köməkçisi təyin olunub.