ENA+

Donald Trump yeni iPhone'dan məmnun deyil

Görünür, ABŞ prezidenti Donald Trump bir neçə müddət bundan öncə yeni iPhone modelini əldə edib. Onun öz Twitter hesabında Apple CEO-su Tim Cook-a ünvanladığı mesajdan belə qənaətə gəlmək olar.

ABŞ prezidentinin sözlərinə əsasən əvvəlki iPhone modelləri daha yaxşı idilər. Bu barədə Wccftech.com saytı xəbər verib.

Öz mesajında Donald Trump bildirib ki, əvvəlki iPhone modellərində olmuş Home düyməsi vasitəsilə idarəetmə sistemi yeni iPhone modellərində olan swype idarəetmə sistemindən daha yaxşı idi.

 

 

    Çox güman ki, ABŞ prezidenti Home fiziki düyməsinə sahib olmayan yeni iPhone modellərindən birini əldə edib. Həmin iPhone modellərində isə idarəetmə sistemi jestlər vasitəsilə reallaşdrılır. Heç istisna deyil ki, əvvəlki Home düyməsi vasitəsilə idarəetmə sisteminin tərəfdarı təkcə Donald Trump deyil. Bu səbəbdən də gələn il şirkət iPhone 8-in dizaynını və iPhone 11-in texniki göstəricilərini əldə edəcək yeni iPhone modelini təqdim edəcək. Çox güman ki, bu, iPhone SE 2 modeli olacaq.


Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)