Vergi Məcəlləsi 56-cı maddə: "Tələsən yerimiz yoxdur"
Heç Fazil Məmmədovun ağlına belə gəlməzdi ki, 56-cı maddəyə bu formada dəyişiklik etsin. Vergi Məcəlləsinin 56-cı maddəsinin yeni redaksiyada verilməsi daha çox vergi yoxlamalarının bir neçə il davam etməsi ilə nəticələnəcək. Yəni "tələsən yerimiz yoxdur", "yoxlamanı istədiyim vaxt başa çatdıraram" prinsipi hakim olacaq. Amma hazırda qüvvədə olan 56-cı maddə vergi müfəttişində daha şox məsuliyyət hissi yaradırdı ki, yoxlamanı uzatsam sanksiya tətbiq edə bilməyəcəyəm. Bu da "islahat".
“56.1. Cinayət-prosessual qanunvericiliyinə uyğun olaraq təyin edilən vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarla aparılan səyyar vergi yoxlamasının nəticələri istisna olmaqla, vergi qanunvericiliyinin pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il) keçmişdirsə, şəxs həmin qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü (xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 illik dövrü) əhatə edir.
Vəli Əliyev
Ekspert