ENA+

Rusiya inkişaf üçün Afrikaya 20 milyard dollar hədiyyə etdi

Rusiya Afrika ölkələrinin ümumi 20 milyard dollar borcunu silib.

Lenta.ru” xəbər verir ki, prezident Vladimir Putin sonuncu olaraq Efiopiyanın 163,3 milyonluq borcunu “inkişaf əvəzinə” sxemi əsasında silib.

Ölkə başçısının mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, borcların silinməsi Rusiya şirkətlərinin Afrikada iş imkanlarını artırıb.  

“Bizim şirkətlər qarşılıqlı xeyir əsasında işləyirlər, məhsul mübadiləsini artırırlar və büdcəyə daha çox vergi ödəyirlər. Bu bizim dünya bazarlarına iqtisadi ekspansiyamızdır”, - deyə Peskov vurğulayıb.

O bildirib ki, borclar qeri qaytarılmaz hesab olunurdu və əməkdaşlığı əngəlləyirdi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)