Sosial iqtisadiyyat

Kim Çen Inın müavini Bakıya gəlir

Bakıda keçiriləcək Qoşulmama Hərəkatının XVIII zirvə görüşündə iştirak etmək üçün Şimali Koreya Dövlət Şurasının sədr müavini, Ali Xalq Məclisinin Rəyasət Heyətinin sədri Çoe Ryonq Haenin rəhbərlik etdiyi nümayəndə heyəti Pxenyandan yola düşüb.

Eləcə də bax: Maduronun Azərbaycana səfəri gözlənilir

ENA.az bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyinə istinadən xəbər verir.

Qeyd edək ki, Şimali Koreya Dövlət Şurasının sədri Kim Çen Indır.

Xatırladaq ki, Qoşulmama Hərəkatının XVIII sammiti oktyabrın 25-26-da Bakıda keçiriləcək. Sammit zamanı təşkilata sədrlik üç il müddətində Azərbaycana keçəcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department