BƏƏ İran bankının dondurulmuş aktivlərini azad edib
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İranın Dubay və Əbu-Dabi banklarındakı dondurulmuş aktivlərini (700 milyon dollar) azad edib.
BƏƏ bu addımı atmaqla İran ilə münasibətlərin yaxşılaşdırılması niyyətində olduğunu bildirib.
İran Prezidenti Administrasiyasının rəhbəri Mahmud Vaezi BƏƏ-nin bu addımını yüksək qiymətləndirib və deyib ki, İran yaxın qonşuları ilə hər zaman danışıqlara hazırdır.