Prezident Baş Nazirin işdən çıxarılan müavinləri ilə görüşdü - FOTO
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 21-də görüş keçirib.
“Qafqazinfo” xəbər verir ki, dövlət başçısı Baş Nazirin müavini Əli Həsənovu vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizəsi ilə əlaqədar qəbul edib.
***
Bundan başqa, İlham Əliyev Baş Nazirin digər müavini Hacıbala Abutalıbovu vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizəsi ilə əlaqədar qəbul edib.
Qeyd edək ki, Prezidentin bu gün verdiyi sərəncamla hər iki məmur vəzifəsindən azad olunub.