İsveçrənin neft şirkəti regional ofisini Bakıda açıb

İsveçrənin "İntegral Petroleum SA" şirkəti Azərbaycanla əməkdaşlığını genişləndirmək istəyir.
Bunu Azərbaycan-İsveçrə biznes forumunda çıxışı zamanı "İntegral Petroleum SA" şirkətinin direktoru Murat Seitnepesov deyib.
O bildirib ki, şirkətləri neft-kimya məhsullarını, polimerləri, gübrələri dünya bazarlarına ixracı ilə məşğuldur: "İnteqral Petroleum" Azərbaycanla işləyir. Biz Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Karbamid zavodunda quraşdırma işlərində iştirak etmişik. Eyni zamanda, biz Türkmənistandan konteyner daşımaları ilə də məşğul oluruq. Daşımalar əməliyyatları zamanı Bakı- Axalkalaki-Qars dəmiryolundan istifadə edirik. Azərbaycanla daha geniş şəkildə əməkdaşlıq etmək istəyirik. Bakıda ofisimizi açmışıq. O, Xəzər regionu üzrə regional ofis xarakteri daşıyacaq".