Aİ ölkələri Türkiyəyə qarşı sanksiyalar barədə razılığa gələ bilməyib
Avropa İttifaqı ölkələri keçirdikləri sammitdə Suriyadakı hərbi əməliyyatlar səbəbi ilə Türkiyəyə qarşı tətbiq olunacaq ümumi sanksiyalar barədə razılığa gələ bilməyib.
ENA.az RBK-ya istinadən xəbər verir ki, bu barədə Avropa Şurasının gələcək rəhbəri, Belçikanın baş naziri Şarl Mişelin bəyanatında deyilir.
"Bəzi səbəblərə görə hazırkı mərhələdə sanksiyalarla bağlı daha da irəliyə getmək mümkün deyil", - o deyib.
Eyni zamanda Ş.Mişel Aİ-nin Türkiyənin Suriyada əməliyyatlar keçirməsi ilə bağlı aydın mövqeyə malik olduğunu da əlavə edib.
Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-da Suriyanın şimalında “Barış pınarı” adlı antiterror əməliyyatına başlayıb. Məqsəd Türkiyə-Suriya sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, terror dövlətinin qurulmasına mane, Suriyada əmin-amanlığın yaradılmasına, qaçqınların evlərinə dönməsinə nail olmaqdır.