Hesabatlar

“Atabank” bu ilin ilk 9 ayını mənfəətlə başa vurub - HESABAT

“Atabank”ın aktivlərdində kredit portfelinin həcmi 64%-dir

“Atabank” ASC-də başlayan sağlamlaşdırma tədbirləri nəticəsində qarşıdakı aylarda bankda menecmentin daha mütəşəkkil vəziyyətə çatacağı gözlənilir. 

Bu ilin yanvar-sentyabr ayları üzrə rəqəmlər göstərir ki, bank müsbət zonadadır və əsasən pərakəndə bankçılıq xidmətləri təqdim edir. 
ENA.az maliyyə hesabatına istinadən xəbər verir ki, bankın mənfəəti 22 min manat olub. 

Ötən ilin eyni dövrü ilə müqayisədə bankın depozit portfelində 3 milyon 315 min manat, müştərilərə verilmiş kreditlərin həcmində isə 6 milyon 637 min manat artım mövcuddur.  

“Atabank”ın ötən 9 ayda gəlirləri 28 milyon 341 min manat olub ki, bu, illik müqayisədə 19,8% azdır. Xərclərdə də azalma qeydə alınıb və 33 milyon 31 min manat təşkil edib. Bank xüsusi ehtiyatlara ayırmalarını 3 dəfə artıraraq 4 milyon 991 min manata yüksəldib. Bank mənfəət vergisi ödəməyib.

Bu il oktyabrın 1-nə “Atabank”ın aktivləri 532 milyon 74 min manat olub. Bunun 341 milyon 465 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. Bu isə o deməkdir ki, bankın kredit portfelinin aktivlərdəki payı 64% təşkil edir. 

Hesabat dövründə “Atabank”ın öhdəlikləri 389 milyon 438 min manat təşkil edib ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 12% azdır. Bankın depozit portfeli bu ilin 9 ayının yekununda 286 milyon 268 min manat olub. Bankda fiziki və hüquqi şəxslərin müddətli depozitlərinin həcmi 256 milyon 540 min manat təşkil edir. Bunun 253 milyon manatı fiziki şəxslərin əmanətləridir. 

Maraqlı göstəricilərdən biri “Atabank”ın kapitalı ilə bağlıdır. Belə ki, bankın nizamnamə kapitalı müəyyən artımla 120 milyon manata çatıb. Qeyd edək ki, minimum norma 50 milyon manatdır. Bankın sərəncamında 14 milyon 886 min manat bölüşdürülməmş mənfəəti vardır. “Atabank” ümumilikdə 7 milyon 730 min manat ehtiyatlara malikdir. 
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)