Avropa İttifaqı və Böyük Britaniya “Brexit” üzrə razılıq əldə edib
Avropa İttifaqı (Aİ) və Böyük Britaniya nümayəndələri danışıqlar nəticəsində “Brexit” üzrə razılıq əldə ediblər.
Bu barədə”ENA” “Reuters”ə istinadən xəbər verir.
***
Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker Böyük Britaniyanın Aİ-dən çıxışı üzrə razılıq əldə olunduğunu təsdiqləyib.
"Bu, Aİ və Britaniya üçün ədalətli, balanslı razılaşmadır və həll yolu axtarışına sadiq qaldığımızı sübut edir”, - Yunker “Twitter” səhifəsində yazıb.
O bildirib ki, Aİ bu sazişi sammitdə təsdiqləməyi tövsiyə edib.