Bank

"Bank Respublika"da iki yeni təyinat - ADLAR

“Expressbank”dan “Bank Respublika”iki yeni transfer olub.

ENA.az xəbər verir ki, bunlardan biri Yaşar Kərimovdur. O “Expressbank”da Pərakəndə Bankçılıq Departamentinin rəhbəri və bankın idarə heyətinin üzvü olub.

O bundan sonra “Bank Respublika”da Biznesin İnkişafı və Rəqəmsal Transformasiya üzrə İdarə Heyətinin Sədrinin müşaviri kimi çalışacaq.

“Expressbanka”dan “Bank Respublika”ya digər bir transfer isə Eldar Xubanlı olub. O “Expressbank”da Satış və Xidmət şöbəsinin müdiri vəzifəsindən “Bank Respublika”ya Biznes İnkişaf Departamentinin tərkibində Məhsul, Proses və Xidmətlərin İnkişafına dəstək şöbəsinin mudiri təyin olunub.

Yaşar Kərimov

Eldar Xubanlı

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)