İnşaat və əmlak

Bakıda 5,1 mln. manata 8 otaqlı mənzil satılır

Bakıda, Neftçilər prospektində, dəniz limanının yanında yerləşən yüksəkmərtəbəli yaşayış binası “Port Baku Residence” kompleksində 8 otaqlı yeni penthaus* satılır.

Banker.az elana istinadən xəbər verir ki, 1 000 m sahəsi olan bu evin ümumi dəyəri 5,1 Azərbaycan manatı (AZN) təşkil edir. Satışı isə agent tərəfindən mümkündir.

“Mənzilin böyük terrası var. Dənizə mənzərə mövcuddur” – bu barədə satılan mənzillə bağlı əlavə şərhdə qeyd edilir.

Satılan mənzilinin qiymətinə həmçinin yeraltı garajda 3 maşınlıq dayanacaq qiymətə daxıldır.

Bildirək ki, bu binanın tikintisinə hələ 2009-cı ildə başlanmış və 2013-ci ildə açılışı olmuşdur və memarı isə ingilis şirkəti “Broadway Malyan”-dır.

Kompleksdə ümumi podiumda yerləşən üç yüksək mərtəbəli binalar yerləşir. Layihə yaşayış mənzillərini, idman zalı və sağlamlıq kompleksini, universal yığıncaq otaqlarını, 2 000 avtomobillə park yerləşdirməyi nəzərdə tutulub. Müəssisə şəhərin mədəni və istirahət məkanlarına yaxındır.

Qeyd: Pentxaus (ingilis dilində penthouse) – göydələnin damındakı yaşayış yeri (mənzil, ev) və ya binanın üst mərtəbədəki olan sahə.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)