2021-ci ilədək biznesə edilən kiberhücumlar hər 10-11 saniyədən bir baş verəcək
2021-ci ildə qlobal biznesə edilən kiberhücumlar, Amerikanın araşdırma şirkətinin hesablamalarına görə, hər 10-11 saniyədən bir baş verəcək ki, bu da biznesmenlərin kibertəhlükəsizlik xərclərinin artmasına gətirib çıxaracaq.
ENA.az xəbər verir ki, Amerikanın “Seba Security Sevice” tədqiqat şirkəti yaxın gələcəkdə qlobal şəbəkədə xakker proqramlarının kəskin artacağını proqnozlaşdırıb. Əgər 2016-cı ildə qlobal biznes hər 40 saniyədən bir kiberhücumlara məruz qalırdısa, 2021-ci ilə qədər bu interval 10-11 saniyə təşkil edəcək. Yəni 2021-ci ildən başlayaraq biz daim stressdə yaşayacağıq, demək istədiyimiz budur.
Qeyd edildiyi kimi, 2021-ci ilə qədər qlobal biznesin kibertəhlükəsizliyini təmin etmək üçün insanlar ildə 124 milyard dollar xərcləyəcəklər.
Rusiyanın Xarici İşlər Nazirliyinin informasiya-kommunikasiya texnologiyalarının siyasi məqsədlərlə istifadəsi məsələləri üzrə koordinator Ernest Çernuxin, dünya birliyinin informasiya cinayətlərinə qarşı mübarizə haqqında konvensiyanın hazırlanması səylərinin birləşdirilməsinin vacibliyini qeyd edib.