Əlində pulu az olanlar üçün - İPOTEKA İMKANI – AZƏRBAYCANDA YENİLİK
Azərbaycanda dövlət ipoteka krediti götürmək istəyən, amma ilkin ödəniş etmək üçün vəsaiti çatmayan şəxslər üçün yeni imkan yaradılıb.
ENA.az xəbər verir ki, bu - İpoteka və Kredit Zəmanət Fondu tərəfindən ipoteka kreditlərinə zəmanət verilməsi mexanizmidir. Bu mexanizmin vasitəsilə, kredit götürən şəxslər ilkin ödənişi iki qat ödəyə bilərlər.
Yeniliyin detallarını İpoteka Kredit və Zəmanət Fondunun İpoteka Kreditləşməsi üzrə direktoru İlham Kələşov açıqlayıb. Onun sözlərinə görə, ipoteka zəmanəti ilə bankların tələb etdiyi ilkin ödəniş məbləğini iki dəfə azatlmaq olar: «Tutaq ki, vətəndaş ipoteka krediti ilə 60 min manatlıq ev əldə etmək istəyir. Müvəkkil kreit təşkilatı ondan 30% ilkin ödəniş tələb edirsə, vətəndaş 18 min manat ödəniş etməlidir. Amma ipoteka zəmanəti hesabına bu rəqəm evin qiymətinin 15% qədər yəni 9 min manat təşil edir». Fond nümayəndəsi deyib ki, bu yenilik ilkin ödəniş etmək üçün əlində sərbəst vəsaiti olmayan şəxslər üçün yaxşı imkandır.
Fond rəsmisinin sözlərinə gröə, ipoteka kreditlərinə zamənət sxeminə 2018-ci ilin sonlarından etibarən başlanılıb: «Bəzən gəncə ailələr olur ki, bunların ödəniş qabiliyyəti yüksəkdir, amma ilkin ödəniş üçün vəsaitləri kifayət qədər deyil. Yenilik də məhz bu tipli ilkin ödənişi kifayət qədər olmayan şəxslərin ipoteka kreditlərinə çıxış imkanlarını genişləndirmək məqsədi ilə tətbiq olunub».
Yeni mexanizm vətəndaşların kredit almasını asanlaşdfrmaqla yanaşı, bankların da risklərini azaldır. Onun mənası ondan ibarətdir ki, əgər gələcəkdə müştəri kredit qaytara bilməsə və bank onun evini satıb krediti geri qaytarmaq istəsə, və həmin vaxt mənzilin satışından əldə edilən məbləğ krediti bağlamaq üçün kifayət etməsə (tutaq ki, mənzil bazarında ucuzlaşma olubsa), onda bankın çatışmayan məbləğini, yəni 9 min manatı Fond banka ödəyəcək. Bu 9 min manat müştərinin ilkin ödəniş zamanı qənaət etdiyi məbləğdir.
«Gələcək defolt halında və ya hər hansı itki halında əgər həmin əmlakın satışından fərq yaranarsa, fond müvəkkil banklar qarşısında həmin öhdəliyi yerinə yetirib həmin itkini qarşılayır. Bu bir növ həmin şəxsin o itki ilə bağlı hisəsinin sığortalanmasıdır. Bu zəmanət haqqı müqabilində həyata keçirilir»- deyə fond rəsmisi bildirib.
Vətəndaşlara əlavə ödəniş yükünün yaradılmaması məqsədi ilə bunu kredit faiz dərəcələrində nəzərə alınıb. Belə ki, zəmanətlərdən istifadə edən adi ipoteka kreditlərində faiz dərəcləri 8-dən 7%-ə, güzəştli kreditlərdə isə 4%-dan 3,7% endirilib. Son 1 il ərzində yüzə yaxın şəxs bu kreditlərdən istifadə edib.
İlham Kələşov bildirib ki, ümumilikdə İpoteka Kredit və Zəmanət Fondun vəsaiti hesabına 27 min nəfərə 1,3 milyard manatdan artıq ipoteka krediti verilib. Bu kreditlərin 400 milyon manatı güzəştli kreditlərdir.