BETTA MMC işçi axtarır - VAKANSİYA
“BETTA” MMC Təhlükəsizlik sistemləri üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir:
Namizədə tələblər:
1. Texniki ali təhsil
2. Azərbaycan, Rus və İngilis dilləri - yüksək səviyyədə
3. Təhlükəsizlik sistemləri üzrə sxemləri oxumaq və çəkmək bacarığı
4. İT CCTV, Girişə və perimetr üzrə nəzarət, yanğına qarşı sistemlər üzrə inteqrator təcrübə
5. İri sənaye və qeyri-sənaye obyektlərində iş təcrübəsi
6. Müvafiq sahədə ümumi iş təcrübəsi – minimum 5 il
7. Diqqətli və dəqiq olmalı
8. İşgüzar və məsuliyyətli olmalı
Yuxarıdakı tələblərə cavab verən və müvafiq sahədə tövsiyyə məktubları olan namizədlər CV-lərini və tövsiyyə məktublarını office@betta.az elektron ünvanına göndərə bilərlər.
İş haqqında məlumat:
Vəzifə borcları:
1. Obyektlərdə bütün kamera, oğurluğa qarşı sistemlər, giriş-çıxış və video sistem avadanlıqlarının və proqram təminatının quraşdırılması
2. Təhlükəsizlik sistemlərinin işinin fasiləsiz fəaliyyətinin təminatı və vaxtaşırı yoxlanılması
3. Kameraların işlək vəziyyətdə olmasının təmin olunması və periodik monitorinqinin aparılması
4. Quraşdırılmış video monitorların işlək vəziyyətdə olmasının təmin edilməsi
5. Tələb olunduqda yoxlama və daxili araşdırma zamanı rəhbərliyin video yazılışla təmin olunması
6. Yeni obyektlərdə kompleks baxışların və Təhlükəsizlik sistemlərinin auditlərinin keçirilməsi, təkliflərin hazırlanması. İri layihələr üçün təhlükəsizlik sistemlərinin dizayn və konfiqurasiyasını və qrup şirkətlər üçün müvafiq tenderlər üçün spesifikasiyaların hazırlanması
7. İstifadəsində olan proqram təminatlarının normal fəaliyyətinin, lisenziya tələb edən proqram təminatlarının müddətinin vaxtı-vaxtında uzadılmasının təmin edilməsi
8. Avadanlıqlarda hər hansı nasazlıq baş verdikdə, problemin həll olunması, həlli mümkün olmadıqda servis mərkəzinə çatdırılmasının və ya servis xidmətinin nümayəndəsinin gəlməsinin təmin olunmasl
9. Sərt Disklər Arxivinin təşkili
10. Şəbəkə tipli Server və Paylayıcılara nəzarət
11. Təhlükəsizlik sistemləri və avadanlıqlar haqqında məlumatların toplanması və təkliflərin verilməsi
12. Təhlükəsizlik avadanlıqlarının distribyutorluğunun Azərbaycanda təmin edilməsi, onların servis xidmətlərinin yaradılması.
13. Əmək haqqı 1800-2000 AZN (müvafiq vergilər çıxılmaqla)
Əmək münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsi əsasında tənzimlənir.
Qeyd: Yalnız yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərin müraciət etmələrini xahiş edirik.