BİZNES

Pakistanlılar Azərbaycanda bir ayda böyük sayda şirkət təsis ediblər

Sentyabrda qeydiyyata alınan şirkətlərin təxminən 9%-i Pakistan kapitalına malikdir

Sentyabrda Azərbaycanda təxminən 1600 kommersiya hüquqi şəxs, həmçinin xarici şirkətlərin filial və nümayəndəliyi dövlət qeydiyyatına alınıb. Yeni şirkətlərin 20%-dən çoxunun kapitalında xarici kapital mövcuddur.

Vergilər Nazirliyinin məlumatına görə, ötən ay Azərbaycanda 142 şirkət təsis edən Pakistandan olan investorlar daha fəal olub. Onların ardınca İran (48 şirkət), Hindistan və Türkiyə (hərəyə 33 şirkət) iş adamları gəlir. Sentyabrda Şri-Lamka iş adamları Bakıda 12 şirkət yaradıb. Ümumilikdə bir ayda Azərbaycanda xarici kapitalla 360 şirkət qeydiyyatdan keçib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)