Sosial iqtisadiyyat

Cavid Qurbanovdan İsveçrə qatarlarının baha alınmasına - MÜNASİBƏT

Bu ilin sonuna qədər “Azərbaycan Dəmir Yolları” QSC İsveçrənin “Stadler Rail Group” şirkətindən daha 2 sürət elektrik qatarı alacaq.

Bu barədə qurumun sədri Cavid Qurbanov məlumat verib.

Sədr İsveçrə qatarlarının MDB ölkələrində istehsal olunan qatarlarla müqayisədə kəskin baha alınmasına da münasibət bildirib: “Stadler” qatarlarını Rusiya və Belarus qatarları ilə eyniləşdirmək olmaz. İsveçrə qatarlarında 40 ədəd səsboğucu var, halbuki, Rusiya qatarlarında ondan cəmi 2 ədəd olur”. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)