Sosial iqtisadiyyat

Azərbaycan BƏƏ-yə ixrac missiyası təşkil edəcək

Azərbaycan BƏƏ-nin Dubay şəhərinə ixrac missiyası təşkil edəcək.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) məlumat verilib. 

Məlumata görə, missiyası dekabrın 7-10-da baş tutacaq. Missiyada qida, turizm, tekstil və tikinti materialları sahəsi üzrə şirkətlər iştirak edə bilər. Onlar müsabiqə əsasında seçiləcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)