Tenderlər

İqtisadiyyat Nazirliyinin qurumu 4-5 aylıq şirkətləri tenderlərdə qalib elan edib

İqtisadiyyat Nazirliyinə məxsus "İstehlak Mallarının Ekspertizası Mərkəzi" MMC bu ilin may-iyun aylarında yaradılmış şirkətləri keçirdiyi açıq tenderlərdə qalib elan edib.

Tenderlərdən biri seminarların təşkili və keçirilməsi üzrə xidmətlərin satın alınması ilə əlaqədar olub. Bu tenderin qalibi "Bahaonno" MMC-dir ki, iyunun 20-də, 10 manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınıb. Nazirliyin qurumu şirkətə 49 min 100 manat ödəyəcək.

Digər tender isə mətbəə mallarının və xidmətlərinin satın alınması ilə əlaqədar olub. Bu tenderin qalibi isə "Albuker-AA" MMC ki, mayın 17-də, 10 manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatından keçib. "İstehlak Mallarının Ekspertizası Mərkəzi" şirkətə 48 min 361 manat ödəyəcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)