"Daşıyıcı şirkətin arxasında duran məmur mənə maraqlı deyil"
Məlumdur ki, bəzi özəl şirkətlərin arxasında məmurlar dayanıb. Onlarla mübarizə aparmaq bəzən çətinlik yaradır.
Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərmli "Onlarla necə mübarizə aparmağı düşünürsünüz?" sualına aşağıdakı şəkildə cavab verib.
"Bilirsiniz, dövlət başçısı mənim arxamda durduğu müddətdə, hansısa daşıyıcının arxasında duran məmur mənə maraqlı deyil. Cənab Prezidentin ictimai nəqliyyatdakı nöqsanlarla bağlı çıxışından sonra Bakıya özəl şirkət tərəfindən 50 avtobus gətirilib. Yaxın günlərdə bəzi istiqamətlərdə köhnə avtobusları dəyişəcəm. Əvvəl, özəl şirkətlər tərəfindən bu addımlar atılmırdı. Amma ölkə başçısının çıxışından sonra bu məsələlər həll olunmağa başlayıb. Bu gün konkret addımların atılmaması hansısa məmurdan asılılığa görə deyil, vətəndaşın avtobussuz qalmamasına görədir".