"Fitch": Gələn il qlobal iqtisadi artım 8 illik minimumu yeniləyəcək
![](https://ena.az/uploads/news/2019-10/_ena_c5ffaa5e1267eba165fdcae3d_o.jpg)
2019-cu ildə qlobal iqtisadi artım 2,6%, 2020-ci ildə isə 2,5% təşkil edəcək. Bu, 2012-ci ildən bəri ən aşağı hədd olacaq.
ENA.az xəbər verir ki, bu barədə "Fitch" beynəlxalq reytinq agentliyinin açıqlamasında bildirilir.
Agentlik bəyan edib ki, ABŞ-Çin ticarət müharibəsinin təsirlərini nəzərə alaraq 16 ölkə üçün iqtisadi inkişaf proqnozunu azaltmalı olub.
"Fitch"in baş iqtisadçısı Brian Coltonun sözlərinə görə, 1930-cu illərdən bəri qlobal iqtisadiyyat ticarət münasibətlərindən indiki qədər təsirlənməyib.