Özbəkistanda "zənginlik vergisi" xərçəng xəstələrinin müalicəsinə yönəldiləcək
Özbəkistan Respublikasında qiyməti 20 min ABŞ dollarından baha olan avtonəqliyyat vasitələrinə əlavə vergi tətbiq etmək planlaşdırılır. Sənədin layihəsi onkogematoloji və digər çətin müalicə olunan xəstəliklərin müayinəsinə, diaqnostikasına və müalicəsinə yönəldilib. Layihə çərçivəsində xüsusi bir fond yaradılması nəzərdə tutulur.
Fondun formalaşdırılması üçün maliyyə mənbəyi isə bahalı avtomobillər üçün yığılan əlavə vəsait olacaq. Bundan əlavə, sahəsi 200 kvadratmetrdən artıq mənzillərin və sahəsi 500 kvadratmetrdən çox olan fərdi evlərin satışına da vergi tətbiq ediləcək.
Statistik məlumatlara əsasən, hazırda Özbəkistanda 100 mindən artıq insan xərçəng xəstəliyindən əziyyət çəkir. Hər il 20 min insanın bu xəstəliyə düçar olduğu müəyyən edilir.