ENA+

Jak Şirak vəfat edib

Fransanın sabiq prezidenti Jak Şirak 87 yaşında vəfat edib. 

ENA.az xəbər verir ki, bu barədə Fransa KİV-i məlumat yayıb.

Qeyd edək ki, J.Şirak 1995-2007-ci illərdə Fransanın prezidenti olub. 

Xatırladaq ki, Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı sərəncamla Jak Şirak Fransa ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsindəki xüsusi xidmətlərinə görə "Heydər Əliyev" ordeni ilə təltif edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)