Vakansiyalar

Bizim Market işçi axtarır - VAKANSİYA

Namizədə olan tələblər

• Marketing sahəsində Ali təhsil
• Bu sahə üzrə minimum 3 il iş təcrübəsi
• Səlist nitq və təqdimetmə bacarıqları
• Rəqəmsal Marketing üzrə biliklər mütləqdir (SEO, SEM, SMM)
• Google Ads, Google Analytics, Facebook Business, Yandex Metrica və s. biliklər
• CPC və CPM yönümlü reklamlarım təşkili və maks CPC və CPM-in təyin edilməsi.

Vəzifə üzrə tələblər

• Təşkilatın marketinq konsepsiyasını daim təhlil etmək və dəyişən bazar mühitinə uygunluğunu yoxlamaq;
• Təşkilatın dövri marketinq məqsədlərini müəyyən etmək, marketinq planlarını tərtib etmək, eləcə də müvafiq siyasət və prosedurlarını müəyyənləşdirmək, təhlil etmək;
• Hazırlanmış marketinq planına əsasən marketinq fəaliyyətləri ilə əlaqədar tələbləri müəyyən etmək;
• Təklif olunan məhsul və xidmətə uyğun olaraq bazar seqmentinin xüsusiyyətini və bu xususiyyətlərin dəyişmə meyllərini müəyyən etmək;
• Verilmiş büdcə və biznes planın məqsədləri, müştərilərin təlabatları, şirkətin bazardakı mövqeyi, onun məqsədləri, imkanları və ehtiyatlarına uyğun olaraq marketinq üzrə istiqamətləri qiymətləndirmək;
• Qiymət strategiyaları və müştəri məmnuniyyətinə yönəlmiş uzunmüddətli məqsədləri təklif etmək;
• Marketinq üzrə xüsusi vəzifələri yerinə yetirən müvafiq personal üçün öhdəlik və vəzifələrin təyin edilməsinə köməklik göstərmək;
• Məhsulların rəflərdə hazırlanması ilə məşğul olan personal ilə məhsulun texniki xüsusiyyətləri, o cümlədən nümunə, rəng və qablaşdırılması barədə məsləhətləşmək;
• Marketinq ilə əlaqədar satış və gəlirlilik arasında uyğunluğu təmin etmək üçün satışın proqnozlaşdırılması və strateji planlaşdırmadan istifadə etmək;
• Marketinq, reklam və satış ilə əlaqədar fəaliyyətlərin birləşməsini müəssisənin strateji məqsədlərinə uyğun olaraq idarə etmək;
• Marketinq üzrə cəlb olunmuş işçi heyətinin vəzifələri, öhdəlikləri, cavabdehliklərini müəyyən etmək və razılaşdırmaq;
• Bazarda müşahidə olunan dəyişiklikləri təhlil etmək, eləcə də onların marketinq üzrə strateji məqsədlərə təsirini müəyyən etmək və sənədlər ilə əsaslandırmaq.
• Reklam nəticələrinin izlənilməsi və effektivliyin qorunması

İş şəraiti

• 5 günlük iş həftəsi
• Nahar və telefon xərcləri ödənilir
• Əmək haqqı razılaşma yolu ilə

Vakansiyaya müraciət üçün CV-ləri “Marketinq Menecer” mövzusu ilə hr@bizimmarket.az  e-mail ünvanına göndərməyiniz xahiş olunur. Qəbul olunan e-mail sayı çox olduğu üçün başlıqsız göndərilən e-maillərə baxılmayacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department