Azərbaycan Beynəlxalq Bankı işçi axtarır - VAKANSİYA
“ABB” ASC Ekvayrinq şəbəkəsinə texniki dəstək şöbəsinə mütəxəssis-texnik (Gəncə regionu üzrə) vakansiyası elan edir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.
Vəzifə öhdəlikləri:
ATM, POS-terminal və ödəmə terminallarının profilaktika işlərinin aparılması;
ATM, POS-terminal və ödəmə terminallarının işində yaranan problemlərin həlli üzrə texniki işlərin görülməsi;
Posterminalların müştərilərə çatdırılması və onlara texniki dəstək;
ATM-lərin köşk və çətirlərinin yararlı olmasına nəzarət etmək və yuyulmasını təşkil etmək.
Vakant vəzifə üzrə tələblər:
Orta texniki təhsill;
B və yaxud BC kateqoriyalı sürücülük vəsiqəsi;
MS Office proqlamları ilə işləmək bacarığı.
Bu iş sizə nələri qazandıracaq:
Regionun aparıcı Bankının fəaliyyətinin dərindən öyrənilməsi imkanı;
Təcrübəli və motivasiyalı komandanın üzvü olmaq;
Adekvat əmək haqqı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 07 oktyabr 2019-ci il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Gəncə/Mütəxəssis-Texnik” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Əlavə məlumat üçün: www.ibar.az