BİZNES

Azərbaycanda fəaliyyət göstərən Çin kapitallı şirkətlərin sayı - AÇIQLANDI

Bu gün iqtisadiyyat naziri Şahin Mustafayev Çinin Maşınqayırma Sənayesi Kooperasiyasınin (SİNOMACH) tabeliyində fəaliyyət göstərən CAMCE şirkətinin prezidenti, Korporasiyanın bazar araşdırmaları üzrə direktoru Luo Yanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

ENA.az xəbər verir ki, görüşdə nazir bildirib ki, iki ölkə arasında iqtisadi əlaqələr inkişaf edir.

Onun sözlərinə görə, hazırda Azərbaycanda sənaye, o cümlədən tikinti, eləcə də xidmət və maliyyə sektorlarında Çin kapitalı 119 şirkət fəaliyyət göstərir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department