Azərbaycanın iri şirkətlər qrupunun kapitalı böyük məbləğdə artırılıb
Silk Way ("Silk Way Holding") qrupunun əsas şirkəti, həmçinin onun üç strukturu qrupun təsisçilərindən 263 milyon manatdan (155,1 milyon dollar) çox vəsait cəlb edərək səhmdar kapitalını artırıblar.
Kommersiya hüquqi şəxslərin reyestrinə əsasən, "Silk Way Holding" MMC-nin nizamnamə kapitalı 46,1 milyon manata, "Silk Way aviaşirkəti"nin 97 milyon manata, "Silk Way West aviaşirkəti"nin 92,3 milyon manata və "Silk Way Development"in 77,3 milyon manata çatdırılıb.
“Silk Way” Şirkətlər Qrupu Azərbaycanda aviasiya sahəsi ilə əlaqədar biznesləri əlaqələndirmək məqsədilə 2006-cı ildə yaradılmışdır. Bu gün “Silk Way” Şirkətlər Qrupuna 3000-dən çox mütəxəssisin işlədiyi 23 şirkət daxildir.