Yaponiya hökuməti tam heyətdə istefaya gedib
Yaponiya hökuməti çərşənbə günü səhər tam heyətdə istefaya gedib.
ENA.az RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Kiodo" agentliyi bildirib.
Məlumata görə, Yaponiyanın baş naziri Sindzo Abe öz kabinetinin üzvlərindən istefaları haqqında ərizələri qəbul edib. Abenin hökuməti dəyişikliyinə səbəb iyulda parlamentin yuxarı palatasına seçkilərdə partiyanın qələbəsi və oktyabrda istehlak vergisinin 10 faizə qədər artımının nəzərdə tutulması olub.
Ötən ilin oktyabrında hökumətdə yerdəyişmələrin gedişatında bir çox nazirlər öz vəzifələrində saxlayıblar. Lakin indi əvvəlki vəzifələrdə yalnız iki nəfər qalacaq – hökumətin baş katibi Yosihide Suqa və maliyyə naziri Taro Aso.