BİZNES

Varlı olmağa mane olan - 6 VƏRDİŞ

1. Son qəpiyinədək xərcləmək

Bu – bizim cibimizə ağır zərbə vuran və bizi çətin vəziyyətə salan təhlükəli vərdişdir. Əgər siz əldə etdiyinizin hamısını sərf edirsinizsə, çətin gün üçün nəzərdə tutulan ehtiyat fonduna sahib deyilsinizsə, deməli, işinizdən məhrum olsanız və ya uzun müddətlik xəstəliyə tutulsanız, ayaqda qala bilmək üçün vasitələriniz olmayacaq.

Nə etməliyik?

Hər maaşın azı 10 faizini kənara atmaq lazımdır. Bu üsulla siz stabil şəkildə öz yığımlarınızı artıracaqsınız.

2. Lazım olandan çox yemək almaq

Bu, mürəkkəb bir problemdir. Qida təkcə orqanizmi enerji ilə təmin etmək üçün nəzərdə tutulmayıb, o, həm də əyləncə növüdür. Buna görə də ərzaqın alınması da müflisedici faktor ola bilər.
Bir dəfə, maraq üçün, mağazada olarkən ətrafdakı insanların zənbillərinə baxın. Bəzilərinin zənbillərində düyü, ət, süd məhsulları, tərəvəzlər və meyvələr görəcəksiniz. Digərlərində isə – eyni şeydir, lakin bunların yanında çipslər, konfetlər, qazlı içkilər, kolbasa və qida adlandırılması çətin olan başqa məhsulları da görəcəksiniz. Bu cür “əlavələr” çeki qəşəngcə artırırlar, lakin onlarsız keçinmək həm olduqca asandır, həm də sağlamlığa xeyirdir.
Lakin hətta balanslaşdırılmış menyuda belə, əgər eyni məhsuldan artıq alsanız, lazımsız sərfiyyata yol verə bilərsiniz. Nəticədə eyni şeydən lazım olandan çox alınmış həmin məhsulun son istifadə tarixi bitir, soyuducunuzun içərisindəkilər xarab olur və sonda da zibil yeşiyinə atılır. Pullar isə mənasızcasına xərclənmiş olur.

Nə etməliyik?

Mağazaya getməmişdən öncə, nə alacaqlarınızı yaxşıca götür-qoy edin və onların siyahısını tutun. İstifadə müddəti tez bitən məhsullardan çox almayın. Gəlirinizə uyğun olaraq, əyləncə üçün aldığınız qidaya sərf etdiyiniz büdcəni məhdudlaşdırın.

3. Borc içində üzərək yaşamaq

Əgər sizin leksikonunuzda “Əşi, borc/kredit götürərəm” ifadəsi varsa, bu, təhlükədən xəbər verən əlamətdir. Bu, sizin maliyyəyə yüngül yanaşdığınızın sübutudur. Ən müstəsna hallarda borc almaq lazımdır və gündəlik ehtiyaclar üçün yox.
Adi xərclər üçün pulunuz çatmayanda, ancaq iki çıxış yolu var: az xərcləmək və ya daha çox qazanmaq. Bu vəziyyətdə kredit/borc – maddi durumunuzu daha da bərbad etməyin ən “yaxşı” yoludur.

Nə etməliyik?

İlk olaraq xərclərinizi qeydə alın ki, problemin harada olduğunu anlaya biləsiniz. Adətən, hətta “maaşım mənə güclə çatır” deyənlərin belə mənasız xərcləri olur. Gəlirinizi artırmağın yollarını da gözdən keçirin.

4. İmpulsiv alış

Əldə edilməsini planlamadığınız istənilən şey də spontan alışa aiddir. Emosiyaların təsiri altına düşərək, insanlar, bir qayda olaraq, elə də lazımlı olmayan şeyləri alırlar. Çox az adam impulsiv şəkildə unitazın yuyulması üçün mayeni alır. Bunun əvəzində isə, insanın səbətində – istər real, istərsə də virtual, – şampunun 10-cu flakonu və ya oynamağa vaxt tapmayacağınız növbəti kompüter oyunu olmuş ola bilər.
İmpulsiv bazarlıq sizə qısa müddətli həzz verəcək, amma büdcədəki kəsirlər isə hələ uzun müddət sizinlə olacaq.

Nə etməliyik?

Ən ideal variant olaraq məsələni psixoloqla tədqiq edə bilərsiniz: siz spontan bazarlığı dopinq və ləzzət almağın asan yolu kimi istifadə edirsiniz. Bu, özünə görə bir pis vərdişdir və nəyə görə daim buna ehtiyac duyduğunuzu müəyyən edə bilsəniz, ona qalib gələ bilərsiniz.
Üstəlik, əgər sizin asılılığınız elə də ciddi deyilsə, sadə bazarlıq siyahısı və siyahıdan kənara çıxma qadağası kömək edə bilər. Zərurət olmadan ticarət mərkəzlərinə getməyin və internet-mağazaların bildirişlərindən abunəliyinizi dayandırın, bir sözlə, yoldan çıxaran faktorları aradan qaldırın.

5. Əyləncəyə həddindən çox xərcləmək

Planlama, büdcələşdirmə və sağlam düşüncə tez-tez “Əşi, bir dəfə yaşayırıq da” cümləsi isə üz-üzə gəlir. Nəticədə də, siz təhlükəsizlik yastığınızdan olan pulları (sizi çətin vəziyyətə salacaq) tətilə sərf edirsiniz, toy üçün uzun müddətlik kredit alırsınız və bayram süfrəsi üçün elə bir bazarlıq edirsiniz, sanki, sonuncu dəfə yeməyə hazırlaşırsınız. Hətta həftə sonları belə cibinizə sarsıdıcı zərbələr endirir.

Nə etməliyik?

Əyləncə xərcləri büdcənizdə qeyd edilməlidir. Gəlirinizin neçə faizini əyləncəyə sərf etməyə hazır olduğunuzu müəyyən edin və bu rəqəmdən yayınmayın. Unutmayın ki, əyləncə məsələlərində qənaət etmək, “Mən bunu özümə rəva bilmirəm” cümləsi kimi ayıb deyil.

6. Pis vərdişlər

Pis vərdişlər həm sağlamlığınıza, həm də cibinizə ziyan vurur. Məsələn, onlardan biri: əgər siz gündə 1 ədəd 2.5 manatlıq siqaret qutusu alırsınızsa, ildə 912.5 AZN pulu mənasızcasına sərf edirsiniz. Ciddi rəqəmdir, elə deyilmi?

Nə etməliyik?

Pis vərdişlərinizə nöqtə qoymalısınız. Tərgitməyiniz, sizi perspektivdə həkim xidmətlərindən də xilas edə bilər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)