Statuslar

Kriptovalyuta bazarından pulunu çəkənlər az deyil: Kapitallaşma 7,4% azalıb

Kriptovalyuta bazarında korreksiya artıq iki aya yaxındırki davam edir. Ötən ayın nəticələrinə görə yekun kapitallaşma göstəriciləri 7,4% azalaraq 248 milyard dollar səviyyəsinə enib. Ötən aylarda olduğu kimi altkoinlər bazarın flaqmanı olan bitkoinlərdən nəzərəçarpacaq dərəcədə geriləyib. Belə ki, avqust ayı bitkoinin öz iki illik maksimumunu üstələməsi ilə yadda qalır. Ayın ilk ongünlüyündə ABŞ senatının Bank komitəsində bir sıra ekspertlərin kriptovalyuta sənayesinin tənzimlənməsinə dair öz fikirlərinin səsləndirdikdən sonra bazarın bərpa olunması üçün əlverişli şərtlər yaranmağa başladı. Hətta bəzi idarəedici alətlər müəyyən artımın yaranmasına da səbəb oldu. Bazar iştirakçıları ABŞ və Çin arasında ticarət müharibəsinin tədricən səngiyəcəyinə dair yayılan informasiyaların fonunda gəliri fiksə etməyə üstünlük verdilər. Bazarın ümumi kapitallaşmasında bitkoin öz çəkisini 4,65% artırmağa nail olub. Bununla yanaşı Efirium (Ethereum), Rippl (Ripple XPR) və Litkoin (LTC) çəkidə 1.18%, 0,8% və 0,51% itirdi. Bitkoinin digər kriptoalyutaların hesabına öz çəkisini artırma dinamikası artıq uzun müddət ərzində müşahidə edilir. Görünür investorlar bitkoini keyfiyyətli və perspektivli aktiv hesab edərək risklərdən qaçır. Bitkoinin ABŞ dollarına nisbətən məzənnəsi də maraq doğuran faktorlardandır. Belə ki, avqust ayının yekunlarına görə ilk kriptovalyutanın qiyməti 5% enib. Lakin bu heç də bitkoinin mövqelərinin zəifləməsi anlamına gəlmir. Ekspertlər Bitkoinin möhkəmlənməsinə səbəb olan amillərdən danışarkən bu sıralamaya Federal Ehtiyatlar Sisteminin faiz dərəcələrini endirməsini, və Çinlə ABŞ arasında ticarət məsələsinə dair danışıqların kifayət qədər mürəkkəb məcraya yönəlməsini aid edir.

Efiriumun məzənnəsinin ABŞ dollarına nisbətdə avqust ayı üzrə dinamikasına nzərə saldıqda isə bu kriptovalyutanın bitkoindən sonra ikinci yerdə olduğunun şahidi oluruq. Ötən ayın yekunlarına görə kapitalizasiya baxımından ikinci kriptovalyuta 21% itgi ilə ayı başa vurub. Bu göstərici isə ortalama bazar göstəricisi kimi mənfi qiymətləndirilir. Əvvəlki aylarda olduğu kimi treyderlər yenə də Bitkoinin dinamikasına nəzərən bu kriptovalyuta ilə əməliyyat edir. Bu dəfə Efiriumun hazırlayıcısı Vitalik Buterinanın blokçeynin tamamilə yüklənməsi və şəbəkənin miqyaslanmasında problemlərin olmasını açıq olaraq etiraf etməsi də bu elektron pulun bazarda mövqelərinə təsir edən səbəb oldu. Texniki nöqteyi nəzərdən isə elektron pulun qiyməti ayın ilk yarısında trendi üstələyrək 160 dolara yaxın dəstək qazandı. Bundan sonra isə satışlar dayandırıldı. Hazırda isə bazar iştirakçıları qeyri-müəyyənlikdədir. Çünki riskər artıb, elektron pulun emissiyasının gələcək perspeltivləri isə hələki məlum deyil.

Daha bir kriptovalyuta Rippl isə ötən ay olduğu kimi yenə də öz kapitallaşmasının 20%-ini itirib. Əksər ekspertlərin fikrinə görə məhz kriötovlayuta sənayesinin tənzimlənməsinə dair vahid mövqenin olmaması bazarın inkişafı və altkoinlərin artımının tənəzzülünə səbəb olur. Hazırda müxtəlif ölkələrdə tamamilə müxtəlif standartlar və qaydalar qəbul edilir. Belə ki, bu standart və qaydalar yalnız tənzimləməyə, vergiyə deyil, eyni zamanda kriptovalyutanın bu və ya digər maliyyə alətləri sinfinə aid edilməsinə də tətbiq edilir. Bütün bunlar isə qiymətin müəyyən edilməsində bəzi nizamsızlıqlara səbəb olur. Qeyd edilənlərin fonunda isə yaranmış vəziyyətdə bir çox investorların Bitkoinə üstünlük verməsi təəcüblü deyil. Çünki rəqəmsal pullar dövrü məhz bitkoinlərdən başlanıb.

 

Namiq Əliyev

Mərkəzi Bankın mətbuat xidmətinin rəhbəri

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department