Sosial iqtisadiyyat

Bakıda bu həkimlərin qəbulu fantastik qiymətədir

Azərbaycanda peşəsinin həqiqi mənada haqqını verən həkimlər az da olsa, var. Lakin bu həkimlər getdikcə əlçatmaz olur; ərzaq, geyim və digər sahələrdə olduğu kimi həkim qəbulu qiymətləri də artır.  Məşhurlaşan, insanların rəğbətini qazanan həkimlərin qəbulu isə bu artım tendensiyasında daha qabarıq görünür. Belə ki, ötən il 50-60 manata olan həkimlər bu il 80-90-100 manata, 80 manata olanlar isə 120 və daha yuxarı qiymətlər elan edib.

ENA.az xəbər verir ki, Medicina.az saytı Bakıda qəbul qiyməti yüksək olması ilə fərqlənən həkimlərin siyahısını tərtib edib. Siyahı sosial sorğu, pasiyent rəyləri və eləcə də klinikalara birbaşa zənglərlə dəqiqləşdirilib. Beləliklə, əsasən özəl klinikalarda çalışan, qəbulu 100-150 manatı keçən həkimlərimizin ilkin siyahısını təqdim edirik. Bu siyahıya getdikcə əlavələr olacaq və oxuculara daha geniş siyahı təqdim edəcəyik. 

1.Azər Fərəc – 112- 177 AZN

Fetal ulstrasonoqrafiya üzrə mütəxəssisdir. Özəl klinikada çalışır, bu məbləğə hamilənin 2 dəfə dopleri daxildir. Məbləğ birinci qəbulda ödənilir. 


 
2. Zakir Əliyev – 150 AZN
 
Azərbaycan Tibb Universitetinin nevrologiya kafedrasının professoru. Həm dövlət, həm özəl klinikada çalışır. 

3. Uzman psixiatr İkram Rüstəmov – 120 AZN 

Daha çox uşaqlarda autizm diaqnozunun təsdiqlənməsi üçün valideynlərin seçimi olur. Özəl klinikada çalışır. 

4. Dermatoloq Leyla Mirzoyeva– 100 AZN 


5. Mama-ginekoloq Aytən Səfərova - 100 AZN 


6. Psixoloq Babək Bayramov - 100 AZN

7. Ginekoloq-cərrah Turab Canbaxışov - 95 AZN 


8. Pediatr Erkin Rəhimov – 90 AZN 


9. Ginekoloq Natiq Məhərrəmov – 90  AZN 

Siyahını çox uzatmaq olar. Hələ ki, bir çox həkimlər 90 manat civarında qalıb. Amma qəbulu 70-80-85-90 manata olan həkimlər az deyil. 

Pediatr, psixiatr və ginekoloqların 100 manata yaxınlaşan qiymətləri isə bir qədər ürəkaçan deyil. Nəzərə alsaq ki, pediatr və ginekoloqlar xəstəni əlavə olaraq analiz və müayinələrə də göndərir, məbləğ daha da artır. 

Həkimlərimizin nəzərinə isə pasiyentlərdən gələn bir təklifi çatdırmaq istəyirik: Sizin bilik və elminizdən ölkəmizin aztəminatlı ailələrinin, imkansız xəstələrinin yararlanması üçün ayda 1 dəfə dövlət klinikası və ya hər hansı ictimai birlik nəzdində pulsuz və ya ucuz qəbul günü təşkil etməyinizi təklif edirik. Xaricdə belə təcrübə artıq var.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)