Birja

Proqnoz: "Bitkoinin 20 min dollarlıq qiymətini görməyə az qalıb"

"Bitkoinin 20 min dollarlıq qiymətini görməyə az qalıb". Bunu Bitkoin Əmtəə Birjasının (Bitcoin Mercantile Exchange - BitMEX) baş icraçı direktoru Artur Hayes deyib. 

O, sentyabrın 11-12-də Sinqapurda keçiriləcək "Invest Asia" tədbirində iştirak edənlərə müraciət edərək deyib: "Çərşənbə gecənizi boş verin, bitkoinin 20 min dollarlıq qiymətini görəcəyik”. 

Qeyd edək ki, bu gün bitkoin cüzi də olsa bahalaşıb. Hazırda bitkoin birjalarda 10 595 dollara ticarət olunur.

Ümumilikdə isə son bir həftə ərzində bitkoinin qiyməti 9 000 – 11 400 dollar arasında dəyişib. Bitkoinin bazar kapitalizasiyası isə 189 milyard dolları ötüb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)