Türk Lirəsi daha da bahalaşdı
Türkiyə Statistika Komitəsinin dünən açıqladığı məlumatlara görə, inflyasiya Avqustda 0.86% artıb. Qiymətlər illik müqayisədə isə 15.01% artıb. Avqustda inflyasiya proqnozlardan aşağı olub.
ENA.az xəbər verir ki, inflyasiya göstəriciləri açıqlandıqdan sonra Dollar/TL məzənnəsi 5.83-lərdən 5.73-ə qədər gerilədi. Bu səhər də geriləməni davam etdirən Dollar/TL məzənnəsi 5.70-dən də aşağı düşüb və 5.6822-ni test edib (Türk Lirəsi bahalaşıb, Dollar ucuzlaşıb)
Dünən 6.28-6.37 aralığında "dalğalanan" avro bu gün səhər 6.26 lirəyə düşüb.
İnvestisiya məsləhətiçiləri bildirirlər ki, məzənnə ilk mərhələdə 5.65-lərə doğru düşə bilər.
İnflyasiyadakı azalma Mərkəzi Bankının faiz endiriminə bu ay da davam edəcəyi gözləntisini gücləndirib. "Standard Chartered"in iqtisadçısı Carla Slim Türkiyə Mərkəzi Bankından 225 bənd faiz endirimi gözlədiklərini bildirərək, "İnflyasiyanın proqnozdan aşağı qalması Mərkəzi Banka 12 Sentyabr toplantısında faiz endirimini davam etdirmək üçün sahə yaradır", ifadələrini istifadə edib.