Azərbaycanda 13 bankın öhdəlikləri azalıb
Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 13-nün bu il iyulun 1-nə kredit portfeli illik müqayisədə az olub.
Bunlar "Kapital Bank", "Yapı Kredi Bank Azərbaycan", "AGBank", "Atabank", "Access Bank", "Nikoyl Bank", "Azərbaycan Sənaye Bankı", Pakistan Milli Bankının Bakı filialı, "Bank of Baku", "Rabitəbank", "AFB Bank", "Zıraat Bank Azərbaycan" və "Express Bank"dır. Ən az azalma "Kapital Bank"da (0,1%), ən çox azalma isə "Zıraat Bank Azərbaycan"da və "Express Bank"da (23,4%) qeydə alınıb.
Qalan 17 bankın kredit portfeli isə artıb. Ən yüksək dinamika "Bank Respublika"da (41,4%), ən aşağı dinamika isə "Bank BTB"də (1,4%) qeydə alınıb.
5 bankın öhdəlikləri 1 milyard manatdan çoxdur
Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 5-nin bu il iyulun 1-nə öhdəlikləri 1 milyard manatdan çox olub.
Bunlar "Azərbaycan Beynəlxalq Bankı" (7 017,793 milyon manat), "PAŞA Bank" (4 004,551 milyon manat), "Kapital Bank" (3 299,319 milyon manat), "Xalq Bank" (1 736,031 milyon manat) və "Bank Respublika"dır (1 145,662 milyon manat).
Qalan 25 bankdan 22-də öhdəliklər 100 milyon manatdan 1 milyard manata qədər, 2 bankda 10-100 milyon manat arasında, 1 bankda isə 10 milyon manatdan azdır.