Aqrar

Azərbaycanda fermerlərə xüsusi bank kartları veriləcək

Azərbaycanda fermerlərə subsidiyaların verilməsi nağdsız şəkildə həyata keçiriləcək.

ENA.az xəbər verir ki, bunu mətbuat konfransında Kənd Təsərüfatı nazirinin müavini İlham Quliyev deyib.

Onun sözlərinə görə, bu ilin sonuna kimi fermerlərə bank kartları veriləcək:

"Kartlar pulsuz paylanılacaq. Fermerlər bu kartın balansında olan məbləğin 25 faizini nağd, qalan 75 faizini isə nağdsız şəkildə istifadə edə biləcək. Kartlar xüsusi olaraq fermerlər üçün hazırlanıb və ilin sonuna kimi öz sahiblərinə təqdim ediləcək".

Nazir müavini qeyd edib ki, kartlar fermerlərə "Kapital Bank" tərəfindən veriləcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)