SpaceX şirkəti Marsda insanların yaşayacaqları zonanı göstərdi
SpaceX şirkəti aktiv şəkildə Mars ekspedisiyası üzərində çalışır. Buna görə də şirkət qırmızı planetin səthinə Starship gəmisinin enişi üçün ən uyğun zonanın təyin edilməsi yolunda NASA-dan Mars planetinin landşaft fotolarını istəyib. Beləliklə gələcəkdə olacaq Mars koloniyalarının yerləşəcəkləri potensial yerlərlə artıq hamı tanış ola bilər. Bu barədə Cnet.com saytı xəbər verib.
Mars Reconnaissance Orbiter HiRise adlı kosmik aparatın kameralarının məlumatlar bazasında SpaceX ekspedisiyasının namizədlərinin eniş edəcəkləri potensial Mars zonalarının çoxlu sayda fotoları var. Şirkətin əsas lanşaft tələbi odur ki, enişin reallaşdırılacağı zona düzənlik tərzdə olsun və həmin zonada daş olmasın. Bu cür göstəricilərə sahib ən yaxşı Mars zonalarından biri də Arcadia düzənliyidir. SpaceX şirkəti artıq neçə ildir ki, Starship adlı kosmik gəmi üzərində aktiv şəkildə çalışır.
Onun prototipi olan Starhopper isə bir neçə müddət bundan öncə vacib test uçuşundan uğurla keçə bildi. Elon Musk əmindir ki, yaxın gələcəkdə insanlar artıq Mars planetində koloniyalar yarada biləcəklər. Mars planetinə olacaq ilk idarə oluna bilən missiya 2024-cü ilə planlaşdırılıb. NASA agentliyi isə artıq indidən Mars planetinin səthində 47 potensial eniş zonasını təyin edib. Həmin zonaların ətrafında ilk koloniyalar yaradıla bilər.