Mərkəzi Bankın valyuta ehtiyatları yenidən 6 milyard dolları aşdı
30 Avqust 2019-cu il tarixində Mərkəzi Bankın valyuta ehtiyatları 6 milyard 4.3 milyon dollar təşkil edib.
ENA.az Mərkəzi Banka istinadən xəbər verir ki, İyulun sonunda ehtiyatlar 5 milyard 962,8 milyon dollar idi.
Beləliklə, Avqustda Mərkəzi Bankın valyuta ehtiyatları 41,5 milyon dollar artıb.
Ehtiyatlar 2019-cu ilin 8 ayı ərzində isə 623,1 milyon dollar yüksəlib.
2014-cü ilin İyulunda 15 milyard 193.4 milyon dollara çatan Mərkəzi Bankın valyuta ehtiyatları 2016-cı ilin dekabrında 3 milyard 974.4 milyon dollara düşmüşdü. Ehtiyatların "əriməsinə" devalvasiyalar səbəb olmuşdu.
2019-cu il
Tarix Dəyər
30/08/2019 6004.3
31/07/2019 5962.8
28/06/2019 5939.4
31/05/2019 5870.9
30/04/2019 5789.0
29/03/2019 5778.6
28/02/2019 5761.9
31/01/2019 5655.9
2018-ci il
31/01/2018 5381.2