Elm və Texnologiya

Digər silahlardan daha təhlükəli olan yeni süni zəka sistemi təqdim edilib

Süni zəka sahəsində fəaliyyət göstərən OpenAI təşkilatı GPT-2 adlı özü-özünü öyrədən neyroşəbəkənin yeni versiyasını təqdim edib. Süni zəka alqoritminin iş prosesi o qədər böyük təsir bağışlayıb ki, tərtibatçılar onun funsiyalarının yarısını deaktiv ediblər. Jurnalistlər isə həmin süni zəka texnologiyasını dünyanın ən təhlükəli silahı adlandırıblar. Bu barədə BBC.com saytı xəbər verib. Beləliklə OpenAI təşkilatı mətnləri generasiya edə bilən alqoritm yaradıb.

    Həmin alqoritm isə sənaye miqyasında fake xəbərləri və clickbait başlıqlı təhlükəli spamları yarada bilər. GPT-2 sisteminin təlimi üçün tərtibatçılar 8 milyon veb səhifədən istifadə ediblər. Məlumata əsasən yeni süni zəka təqdim edilmiş mətnin tərzinə adaptasiya ola bilir. Yəni həmin sistem Şekspirin şeirini sona çatdıra və ya bir cümlənin təqdim edilməsi ilə lazımi qeydi sonlandıra bilər. OpenAI təşkilatının təmsilçiləri bildiriblər ki, sistemin anonsundan öncə onlar onun bəzi funksiyalarını deaktiv ediblər. Jurnalistlər yenə də bəzi funksiyaları deaktiv edilmiş sistemi test ediblər.

    Sistemə bir dənə cümlənin təqdim edilməsindən sonra o, tamamilə mənalı və anlaşılan fikri təqdim edib. Baxmayaraq ki, təqdim edilmiş fikirdə süni zəkanın yazı tərzinin olduğu hiss olunurdu. “Mətnlərin generasiya edilməsi üçün həmin süni zəkanın ümumi standart kimi işlədilməsi yolunda o çox yaxşıdır. Mən, GPT-2-dən qorxuram. Çünki o, əhalini manipulyasiya edə biləcək texnologiyadır. Məncə bu, onu digər silahlardan daha təhlükəli edir” - deyə The Next Web saytının jurnalisti qeyd edib. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)