Naxçıvan ölkədə ərzaq məhsullarının ucuzlaşdığı yeganə yerdir – DSK
Azərbaycanda iqtisadi rayonlarda ən çox bahalaşma Yuxarı Qarabağda qeydə alınıb. Bu iqtisadi rayonda 2019-cu ilin iyul ayında isehlak qiymətlərinin (inflyasiya) 0,7% qeydə alınıb. Hətta bu bölgədə ərzaq məhsulları əvvəlki aya nisbətdə 0,8% bahalaşıb.
Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin açıqlamasında deyilir.
DSK-nin siyahısnadakı məlumata görə Naxçıvan Muxtar Respublikası deflyasiyanın baş verdiyi yeganə rayondur. Bu rayonda 2019-cu ilin iyul ayında əksinə istehlak qiymətləri 1,5% əvvəlki aya nisbətdə ucuzlaşıb. Ərzaq qiymətlərində isə bu ucuzlaşma hətta 3,4%-i əhatə edir.
Ölkənin iqtisadi rayonları üzrə 2019-cu ilin iyul ayında istehlak qiymətləri indeksləri (əvvəlki aya nisbətən, faizlə)