İnşaat və əmlak

Azərbaycanda hər 6 ipoteka kreditindən 5-ni kişilər götürür - TƏHLİL

2018-ci ilin III rübündə Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun (AİKZF) xətti ilə 46 mln. manat həcmində ipoteka krediti verilib.

"" xəbər verir ki, bu barədə məlumat fondun saytında yerləşdirilib.

Bu, II rüblə müqayisədə 21 mln. manat və ya 31,34%, I rüblə müqayisədə 122 mln. manat və ya 3,6 dəfə dəfə azdır. Başqa sözlə, Fondun xətti ilə bu ilin I rübündə 168 mln. manat, II rübdə 67 mln. manat ipoteka krediti verilib.

 

Kreditlər üzrə təhlil

 

Məlumata görə, bu ilin iyul-sentyabr aylarında 315 mln. manat güzəştli olmaqla, ümumilikdə, 1 mlrd. 99 mln. manatlıq ipoteka krediti yenidən maliyyələşdirilib. Ümumiyyətlə isə, bu ilin üçüncü rübündə 1 017 ipoteka krediti verilib.

Ümumiyyətlə, 2018-ci ilin oktyabrın 1-nə ipoteka kreditlərinin sayı 23 750-yə çatıb. 2006-cı ildən indiyədək 7 036ədəd güzəştli ipoteka krediti verilib.

Bu ilin oktyabrın 1-nə olan məlumata əsasən, ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün cəlb edilmiş vəsaitlərin 50 mln. manat dövlət büdcəsi, 155 mln. manatı isə qiymətli kağızların payına düşüb.

İpoteka krediti hesabına alınan mənzillərin əksəriyyəti Bakı, Sumqayıt, Abşeron, Gəncə və Naxçıvanda yerləşir.

Bakı şəhərində ipoteka kreditlərinin inzibati rayonlar üzrə bölgüsünə gəlincə, ipoteka yolu ilə alınan mənzillərin 24,3%-i Xətai, 16,8%-i Yasamal, 13,6%-i Binəqədi, 9,8%-i Nəsimi, 9,8%-i Nizami, 7%-i Nərimanov, 6,5%-i Suraxanı, 4%-i Sabunçu, yerdə qalanları Səbail, Qaradağ və Xəzər rayonlarının payına düşür.

Borcalanlar üzrə təhlil

Adi və güzəştli ipoteka krediti üzrə borcalanların 82,9%-ni kişilər, 17,1%-ni qadınlar təşkil edir.

Ailə vəziyyətinə gəlincə, ipoteka krediti alanların 48,4%-i evli, 51,6%-i subaydır.

Borcalanların 35,5%-i 18-29 yaş, 34,1%-i 30-35 yaş arasında, 30,4%-i isə 36 yaşdan uxarı olub.

İpoteka krediti alanların 49%-i dövlət sektorunda, 51%-i özəl sektorda çalışır.

Borcalanların iş yerinə görə pay bölgüsünə gəlincə, onların 21,2%-i hərbi, 20,8%-i bank və sığorta qurumlarında, 19,3%-i digər, 12,6%-i energetika, 8,7%-i hüquq-mühafizə xidmətləri, 17,4%-i yerli və xarici dövlət qurumu, rabitə, təhsil, səhiyyə, tikinti, sahibkarlıq fəaliyyəti sahəsinin payına düşür.

Güzəştli şərtlərlə ipoteka krediti alanların 73,7%-ni hərbi qulluqçular, 11,8%-ni dövlət qulluqçuları, 7,6%-ni məcburi köçkünlər, 6,9%-ni elmlər namizədləri, idmançılar və şəhid ailələri təşkil edib.

Borcalanların aylıq gəlirinə nəzər salanda isə məlum olur ki, onların 50%-nin məvacibi 1 101 manatdan yüksəkdir. İpotekadan yararlananların 17,6%-nin maaşı 701-900 manat, 15,8%-nin 901-1 10012,7%-nin 501-700, 3,9%-nin 500 manatdan aşağıdır.

 

 

İpoteka predmeti üzrə təhlil

 

İpoteka yolu ilə alınan mənzillərin 38,9%-nin qiyməti 60 000-90 000 manat arasındadır. Bu yolla alınan mənzillərin 33,2%-nin dəyəri 30 000-60 000 manat, 12,9%-nin 90 000-120 000 manatdır, 14%-nin dəyəri isə 120 000 manatdan yüksəkdir. İpoteka yolu ilə alınan mənzillərin 1%-nin qiyməti 30 min manatdan aşağı olub.

 

 

Bu mənzillərin 32%-nin sahəsi 41-6030%-nin 61-8016%-nin 81-1006,8%-nin 101-120 kvadratmetr arasındadır. Bu yolla alınan mənzillərin 5%-nin sahəsi 40 kvadratmetrdən azdır, 10,2%-nin isə sahəsi 120 kvadratmetrdən çoxdur.

Qeyd edək ki, ipoteka yolu ilə alınan fərdi mənzillərin 93,6%-i çoxmənzilli binalarda yerləşir, mənzillərin 6,4%-ni isə həyət evləri təşkil edir.

 

 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)