"Yerli avtomobillər"in alıcılarına mücdə: İstahsal 5 dəfə artıb
2019-cu ilin yanvar-iyul aylarında Azərbaycanda 1,304 min ədəd minik avtomobili istehsal edilib. “Cari ilin yanvar-iyul aylarında avtomobil istehsalı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,8 dəfə artıb. Bu artım ötən ilin aprel ayında Azərbaycanda minik avtomobillərinin istehsalnın bərpa olunması ilə əlaqədardır”, - deyə məlumatda bildirilir.
Cari ilin yanvar ayında 89 ədəd, fevralda 87 ədəd, martda 107 ədəd, apreldə 153 ədəd, mayda 490 ədəd, iyunda 186 ədəd, iyulda 192 ədəd avtomobil istehsal olunub.
1 avqust 2019-cu il tarixinə anbarlarda 142 ədəd avtomobil var.
Cari ilin yanvar-iyul aylarında Azərbaycanda 837 ədəd müxtəlif təyinatlı traktor (azalma 0,2%) istehsal olunub. Avqustun 1-nə anbarlarda 361 ədəd traktor var.
Azərbaycanda (Neftçala, Gəncə və Naxçıvanda) avtomobil istehsalı üzrə 3 zavod fəaliyyət göstərir. Eyni zamanda, Gəncə avtomobil zavodunda kənd təsərrüfatı texnikası da istehsal olunur. Hazırda avtomobil istehsalı yalnız Neftçala avtomobil zavodunda həyata keçirilir.