"Twitter" dövlət KİV-lərinə reklam verməyi qadağan edəcək
"Twitter" şirkəti dövlət KİV-lərinə sosial şəbəkə vasitəsi ilə reklam yaymağı qadağan edəcək.
ENA.az RİA "Novosti"yə istinadən xəbər verir ki, əkkauntlar öz hesablarından reklam üçün deyil, müəyyən informasiyaları yaymaq üçün istifadə edə bilərlər.
Şirkətdən bu qərarın səbəblərinə aydınlıq gətirilməyib.
Bildirilir ki, yeni qaydalar müstəqil ictimai kanallara, həmçinin vergi ödəyicilərinin maliyyələşdirdiyi təşkilatlara şamil edilməyəcək.