2020-ci ildən əmək haqqının - HESABLANMA QAYDASI
2020-ci ildən tətbiqinə başlanması nəzərdə tutulan icbari tibbi sığorta ilə əlaqədar əmək haqqından digər tutulmalarla yanaşı icbari tibbi sığorta haqqı da tutulacaq. ENA.az xəbər verir ki, 2020-ci ildən əmək haqqından tutulmalar aşağıdakı kimi olacaq.
Eləcə də bax: Azərbaycanda pensiyaya bu şərtlə çıxmaq olar – NAZİRLİK AÇIQLADI
gəlir vergisi
məcburi dövlət sosial sığorta haqqı
işsizlikdən sığorta haqqı
icbari tibbi sığorta haqqı
İcbari tibbi sığorta üzrə sığorta haqqı məbləğləri aşağıdakı kimi hesablanacaq:
Dövlət sektoru və neft-qaz sahəsində əmək müqaviləsi əsasında çalışan şəxslərin əmək haqqının 2%-i məbləğində
sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslər, özəl sektorda çalışanlar, mülki-hüquqi müqavilə əsasında çalışanların əmək haqqından aylıq 10 AZN, illik 120 AZN məbləğində
Qeyd edək ki, özəl sektor üzrə sığorta haqqının tutulması müqavilə şərtlərinə görə birdəfəlik və ya hissəvi nəzərdə tutula bilər. Dövlət sektoru və nef-qaz sahəsində çalışanların əmək haqqından isə tutulmalar hər təqvim ayı üçün ödənilməli olacaq. Bununla yanaşı 2019-cu il sentyabrın 1-dən minimum əmək haqqının 250 AZN olacağını da nəzərə alaraq 2020-ci il üzrə əmək haqqının hesablanması qaydasını diqqətinizə çatdırırıq.
1) Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər
1.1) əmək haqqı 250 AZN olanlar üçün nümunə
a) gəlir vergisi – tutulmur (8000 AZN-dək)
b) sosial sığorta haqqı – 250 AZN əmək haqqının 200 AZN hissəsinə görə 3%-i, yəni 6 AZN, 200 AZN-dən yuxarı hissə üçün isə 50 AZN-in 10%-i, yəni 5 AZN, ümumilikdə 6+5=11 AZN c) işsizlikdən sığorta haqqı – 250 AZN-in 0.5%-i = 1.25 AZN d) icbari tibbi sığorta haqqı – 10 AZN 250-(0+11+1.25+10)=250-22.25=227.75
Netto məbləğ 227.75 AZN olacaq
1.2) əmək haqqı 8000 AZN-dən çox olanlar üçün nümunə
8100 AZN əmək haqqı üzrə
a) gəlir vergisi – 8000 AZN-dən yuxarı məbləğin 14%-i 8100-8000=100 AZN 100 AZN-in 14%-i = 14 AZN
b) sosial sığorta haqqı – 8100 AZN-200 AZN=7900 AZN 200 AZN-ə görə 6 AZN (200 AZN-in 3%-i) 7900 AZN-ə görə 790 AZN (7900 AZN-in 10%-i)
c) işsizlikdən sığorta haqqı – 8100 AZN-in 0.5%-i = 40.5 AZN
d) icbari tibbi sığorta haqqı – 10 AZN 8100-(14+790+6+40.5+10)=8100-860.5=7239.5 AZN
Netto məbləğ 7239.5 AZN olacaq.
2) Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər
2.1) əmək haqqı 250 AZN olanlar üçün nümunə
a) gəlir vergisi – 250 AZN-in 200 AZN-dən artıq hissəsi üzrə 14% 250-200=50 50-14%=7 AZN
b) sosial sığorta haqqı – 250 AZN-in 3%-i = 7.5 AZN
c) işsizlikdən sığorta haqqı – 250 AZN-in 0.5%-i = 2.5 AZN
d) icbari tibbi sığorta haqqı – 250 AZN-in 2%-i = 5 AZN 250 AZN-(7+7.5+2.5+5)=250-22=228 Netto məbləğ 228 AZN olacaq
2.2) əmək haqqı 2500 AZN-dən çox olanlar üçün nümunə
2600 AZN əmək haqqı üzrə
a) gəlir vergisi – 2600 AZN-2500 AZN=100 AZN 2500 AZN-ə görə həmin məbləğin 14%-i = 350 AZN 100 AZN-in 25%-i = 25 AZN
b) sosial sığorta haqqı – 2600 AZN-in 3%-i=78 AZN
c) işsizlikdən sığorta haqqı – 2600 AZN-in 0.5%-i = 13 AZN
d) işsizlikdən sığorta haqqı – 2600 AZN-in 2%-i = 72 AZN 2600-(350+25+78+13+72)=2600-538=2062
Netto məbləğ 2062 AZN olacaq
Xatırladaq ki, bu hesablama hazırda qüvvədə olan qanunvericilik əsas götürülməklə həyata keçirilib. Müəllif: Şəhriyar Həbilov / Praktiki Hüquqşünas Ədəbiyyat: Vergi Məcəlləsi “Sosial sığorta haqqında” Qanun “Tibbi Sığorta haqqında” Qanun “İşsizlikdən sığorta haqqında” Qanun
(c) huquqblogu.blogspot.com