Bank

Azərbaycanda 6 bankın qeyri-faiz xərcləri azalıb

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 6-nın bu ilin yanvar-iyun aylarındakı qeyri-faiz xərcləri ötən ilin eyni dövrünə nisbətən az olub.

Bunlar "Yapı Kredi Bank Azərbaycan", "AGBank", "Amrah Bank", İran Milli Bankının Bakı filialı, "Bank VTB Azərbaycan" və "Atabank"dır. Ən az azalma " Yapı Kredi Bank Azərbaycan"da (4,7%), ən çox azalma isə "Atabank"da (14,9%) qeydə alınıb.

1 bankın - "Premium Bank"ın qeyri-faiz xərcləri demək olar ki, dəyişməyib.

Qalan 23 bankın isə qeyri-faiz xərcləri illik müqayisədə artıb. Ən yüksək dinamika "Nikoyl Bank"da (45,2%), ən aşağı dinamika isə "AFB  Bank"da (0,8%) qeydə alınıb.

4 bankın qeyri-faiz xərcləri 40 milyon manatdan çoxdur

30 bankdan 4-nün bu ilin yanvar-iyun aylarındakı qeyri-faiz xərcləri 40 milyon manatdan çoxdur.

Bunlar "Kapital Bank" (96,632 milyon manat), "Azərbaycan Beynəlxalq Bankı" (72,154 milyon manat),  "Bank of Baku" (44,429 milyon manat) və  "PAŞA Bank"dır (43,673 milyon manat).

Qalan 26 bankdan 13-də qeyri-faiz xərcləri 10-40 milyon manat arasında, 11 bankda 1-10 milyon manat arasında, 2 bankda isə 1 milyon manatdan azdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)