Atambayev xalqa atəş açmamağı tələb etdi - VIDEO
Evi xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən mühasirəyə alınan Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev ölkənin güc strukturlarına müraciət edib.
ENA.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Atamabayev onlardan xalqa atəş açmamağı tələb edib.
“İnterfaks” yazır ki, Qığızıstanın Daxili İşlər nazirinin müavini Kursan Asanov ölkənin keçmiş prezidenti Almazbek Atambayevin tərəfdarları ilə danışıqlara başlayıb. Danışıqlarda Atambayev tərəfdən keçmiş deputatlar Ravşan Jeenbəyov, Asel Koduranov çıxış edirlər.
Keşmiş prezidentin evinə giriş onun tərəfdarları tərəfindən bağlanılıb. Bu səbəbdən xüsusi xidmət orqanları Atambayevin evinə daxil ola bilmir. Tərəflər arasında qarşıdurma yaşanır.
"TASS"ın məlumatına görə, xüsusi təyinatlılar artıq Atambayevin iqamətgahının yerləşdiyi Koy-Taş kəndini tərk edib. Ancaq iqamətgah ətrafında gərginlik hələ də qalmaqdadır.
Qeyd edək ki, bir müddət əvvəl A. Atambayevin həbs olunması xəbəri yayılsa da, məlumat hələ də rəsmi təsdiqini tapmayıb.
Sosial şəbəkələrdə Atambayevin iqamətgahından çıxaraq tərəfdarları ilə görüşdüyünü, daha sonra isə mühafizəçilərin əhatəsində naməlum istiqamətə getdiyini əks etdirən görüntülər yayılıb.
Bildirək ki, keçmiş prezidenti ömürlük həbs cəzası gözləyir.