Hadisə

Sərhədçilərimiz helikopterlə Keşikçidağa enib?

Gürcüstanın “Rustavi 2” telekanalının hazırladığı reportaja əsasən, iyul ayının 14-də Keşikçidağda Azərbaycan sərhədçilərinə qarşı törədilmiş insidentdən sonra Dövlət Sərhəd Xidməti həmin ərazidə ciddi təhlükəsizlik tədbirləri həyata keçirməyə başlayıb.

ENA”nın məlumatına görə, Gürcüstan mediası bu xəbərlə bağlı bəzi görüntülər də paylaşıb. Qeyd edilir ki, ərazidə patrul xidməti həyata keçirən Azərbaycan Sərhəd Qoşunlarının əsgərləri çəkiliş qrupu ilə gələn keşişlərin monastra qalxmasına icazə verməyib. Bu zaman əraziyə gələnləri bəlli bir yerədək Gürcüstan Sərhəd Polisinin əməkdaşları müşayiət ediblər.

Ərazidə silahlı halda DSX-nin Mi-17 helikopteri aşağı hündürlükdə uçuşlar həyata keçirib. Helikopterlə gələn hərbçilər monastra getmək istəyən gürcülərə oradan uzaqlaşmalarını əmr ediblər.

DSX-nin mətbuat katibi Rövşən Cahangirov isə açıqlamasında bu xəbəri təkzib edib: “Biz belə bir məlumat yaymamışıq. Yaymamışıqsa, deməli belə bir şey olmayıb”.

 



 

AzeriDefence/Qafqazinfo

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)