ENA+

“Fitch” Türkiyəyə xəbərdarlıq etdi

Beynəlxalq reytinq agentliyi “Fitch” Türkiyənin xarici valyutada uzunmüddətli emitentinin defolt reytinqini (EDR) “BB” səviyyəsindən “BB-”yə endirib.  Reytinq üzrə proqnoz isə mənfidir.

Bu barədə agentliyin saytında yerləşdirilən press-relizdə bildirilir.

“Fitch” mütəxəssisləri reytinq qərarına təsir edən həlledici amillər sırasında Türkiyə Mərkəzi Bankının sədri Murat Çetinkayanın tutduğu vəzifəsindən uzaqlaşdırılmağı, İstanbulda bələdiyyə sədri seçkilərinin yenidən keçirilməyi, eləcə də Rusiyadan “S-400” zenit-raket kompleksinin alınmağını gətirirlər. 

Agentlik xəbərdarlıq edir ki, “S-400”ü  əldə etməyi sayəsində Türkiyə sanksiyalara məruz qala bilər. İstənilən sanksiya isə ölkə iqtisadiyyatına təsir göstərə bilər.

Məlumatda bildirilir ki, Türkiyənin suveren reytinqinə baxış cari ilin noyabrın 1-ə planlaşdırılırdı. 

“Lakin “Fitch” düşünür ki, ölkədə baş verən hadisələr qrafikdən yayınmağı tələb edir”, - deyə məlumatda bildirilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)